Dörd aydır pul üzü görməyən paytaxt klubu PİS XƏBƏR ALDI

2 Mart 2021 22:20 Şamaxı 691
Dörd aydır pul üzü görməyən paytaxt klubu PİS XƏBƏR ALDI

«Keşlə» artıq dördüncü aydır ki, pulsuz-parasız qalıb.

Ötən ilin yayından başlayan maliyyə problemi indi özünü daha qabarıq formada göstərir.

AFFA paytaxt təmsilçisinə sonuncu dəfə dekabrda ödəniş edib. Həmin vaxt sentyabr, oktyabr və noyabr aylarının borcu qısa fasiləylə bağlanıb.

Ondan ötən müddətdə federasiya tərəfindən klubun hesabına 1 manat da köçürülməyib. Qurum problemi bu həftəsonunadək həll edəcəyini vəd etsə də, son anda gələn xəbər kollektivi dərindən üzüb.

Belə ki, AFFA SOCAR-da yoxlamaların uzandığını əsas gətirərək, borcların qaytarılmasını daha 10 gün ertələyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti