"Bizə "Sabah" haqda dedi ki…" - Şəhriyar Əliyev

26 Fevral 2021 17:40 Şamaxı 575
"Bizə "Sabah" haqda dedi ki…" - Şəhriyar Əliyev

"Oyuna yaxşı hazırlaşmışdıq. Baş məşqçimiz bütün rəqibləri analiz edir və komandanı hər rəqibə uyğun hazırlaşdırır.

"Sabah"la oyundan öncə də rəqibin üstün və axsayan cəhətləri barədə bizə məlumat vermişdi.

Biz də çalışıb əlimizdən gələni etdik. Sonda qələbəni əldən verdik. Məşqlərdə səhvlərimizi düzəltməyə çalışacağıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"la oyun (1:1) haqda fikirlərini bildirərkən "Keşlə"nin müdafiəçisi Şəhriyar Əliyev deyib.

79-cu dəqiqədə hesabı açmış müdafiəçi "Sabah"ın çox sayda futbolçu ilə irəli atılmalarının onlara çətinlik yaratdığını bildirib:

"Oyundan əvvəl Sənan müəllim demişdi ki, "Sabah" elə komandadır, bəzən 8 nəfərlə hücuma çıxır. Oyunun sonları həqiqətən elə oldu.

Həmin epizodlarda çətinlik çəkirdik. İlk hissə onlar yaxşı oynadı. Biz ikinci hissə oyunumuzu yaxşılaşdırdıq və qol da vurduq. Amma təəssüf ki, hesabı qoruya bilmədik".

Digər Xəbərlər
Xəbər Lenti