Tərlan Əhmədovu gizlicə getdiyi klubun bazasından qovdular!

23 Fevral 2021 19:00 Şamaxı 1 942
Tərlan Əhmədovu gizlicə getdiyi klubun bazasından qovdular!

“Keşlə”nin sabiq baş məşqçisi Tərlan Əhmədov gözləmədiyi hadisə ilə qarşılaşıb.

O, “ASK Arana”ın ərazisindən uzaqlaşdırılıb.

Belə ki, Əhmədov gizlicə stadiona daxil olub və əvəzedici komandanın məşqini izləyib. Onun nə məqsədlə bura gəlməsi bilinməsə də, mühafizəçilərin keçmiş çalışdırıcını gözləməyə səbri çatmayıb.

Əhmədovun burada olmasından xəbər tutan kimi arenanı təcili tərk eləməsini tələb ediblər. O isə təkid etməyin mənasıb olmasını görərək, pərt şəkildə geri qayıdıb.

Əhmədov “Keşlə”dən ötən ilin avqustunda qovulub. Özü də çox sərt formada. Sabiq baş məşqçinin hətta bazadan əşyalarını toplamasına icazə verilməyib. Ona aid nə varsa, hamısı sonradan köhnə bir maşına yüklənərək, yaşadığı yerə göndərilib.

Bu da səbabsiz deyil. Əhmədov istafeya göndərilməzdən az əvvəl klub rəsmilərinə qarşı hörmətsiz davranıb, saymazyanalıq göstərib, onların arxasınca danışıb.

Və budur... Nə tökərsən aşına, o da çıxar qarşına. Di, get indi...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!