"Hələ ki, ürəkaçan durum yoxdur" - "Keşlə"də

21 Fevral 2021 19:20 Şamaxı 528
"Hələ ki, ürəkaçan durum yoxdur" -

"Keşlə"nin zədəli futbolçusu Sadio Tounkaranın durumuna hələ aydınlıq gəlməyib.

Bunu Sportinfo.az-a açıqlamasında komandanın baş məşqçisi Sənan Qurbanov deyib.

Gənc mütəxəssis "Hələ ki, ürək açan durum yoxdur. İnanırıq ki, ciddi bir şey olmaz. Ayağında ağrılar var. Bu gün MRT olunacaq. Yəqin ki, sabah bir cavab deyilər" deyə sözlərinə əlavə edib.

Xatırladaq ki, Malili futbolçu Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində dünən "Zirə" ilə keçirilən oyunun 32-ci dəqiqəsində aldığı zədədən sonra Vusal İsgəndərli ilə əvəzlənməli olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!