«Neftçi»nin baş məşqçisi Samir Abasov yeni transfer hədəfi məlum olub.
Sportinfo.az-ın məlumatına görə, bakılıların çalışdırıcısı Səlahət Ağayevin əvəzləyicisini «Sumqayıt»da tapıb.
O, yayda müqaviləsi başa çatacaq qapıçının yerinə Aydın Bayramovu gətirmək fikrindədir.
Canni de Byazinin milliyə də cəlb etdiyi kiperin «kimyaçılar»la sözləşməsi 1 illikdir. Bayramov «gənclik şəhəri» təmsilçisində ən aşağı maaş alan futbolçulardan biridir.