"Zirə"ni 10 nəfərlə də udmaq mümkün olmadı - FOTOREPORTAJ

21 Fevral 2021 09:20 Şamaxı 507
"Zirə"ni 10 nəfərlə də udmaq mümkün olmadı - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Keşlə" "ASK Arena"da "Zirə" ilə qarşılaşıb.

Matçda ilk qolu qonaqlar vurublar. 17-ci dəqiqədə Klesio Bauk fərqlənib. 2 dəqiqə sonra meydan sahibləri penalti qazanıblar. Sezar Meza Kollinin zərbəsini qapıçı Mateus Albino zərərsizləşdirsə də, topa hamıdan tez çatan Nicat Qurbanov tarazlığı bərpa edib.

21-ci dəqiqədə isə Sadio Tounkara "qartallar"ı ikinci dəfə cəzalandırıb. 60-cı dəqiqədə "Zirə" azlıqda qalıb. Dmitrios Çantakias rəqibin hücumçusu Anatole Abanqa qarşı aqressiv hərəkətdən sonra birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Buna baxmayaraq, Rəşad Sadıqovun başçılıq etdiyi komanda 73-cü dəqiqədə Davit Volkovun qolu ilə hesabı bərabərləşdirib.Gürcüstanlı hücumçu eyni zamanda matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu heç-heçədən sonra xallarını 25-ə çatdıran "Zirə" 3-cü pillədəki mövqeyini qoruyub. 14-cü xalını qazanan "Keşlə" isə "Sabah"la birlikdə 7 - 8-ci yerləri bölüşdürür.

Digər Xəbərlər
Xəbər Lenti