"Belə kollektivə qarşı oynamaq asan deyil" - Sənan Qurbanov

20 Fevral 2021 19:20 Şamaxı 888
"Belə kollektivə qarşı oynamaq asan deyil" - Sənan Qurbanov

"Həftə ərzində futbolçularımıza "Zirə"yə qarşı necə oynayacaqlarını aşılamağa çalışdıq. Mənə elə gəlir ki, ilk yarıda oyunumuz daha yaxşı alındı. Futbolçular həm aqressiv, həm də taktiki cəhətdən düzgün oynadılar".

Sportinfo.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVI turunun oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis rəqibin intizamlı komanda olduğunu bildirib: "Bu cür kollektivə qarşı oynamaq asan deyil. Futbolçular bunu dərk etdilər. Rəqib 10 nəfərlə qaldıqdan sonra daha da aqressivləşdi və adi səhv qapımızda qolla nəticələndi. Bugünkü istəyi komandada saxlamağa çalışacağıq. Hər şey bu oyunla bitmir. Əlbəttə, qalib gəlsəydik, daha yaxşı olardı. Amma alınmadı. İnanıram ki, bu cür komanda ruhu bizə qələbələr gətirəcək".

Baş məşqçinin sözlərinə görə, komandanın uzun müddət pressinq edəbilməsi üçün güc lazımdır: "Futbolçuları buna hazırlamağa çalışırıq. Bu, yalnız optimal formamıza çatdıqdan sonra mümkün olacaq". Qurbanov məşqçi həm ötən turda "Qəbələ"yə məğlubiyyətə, həm də bugünkü xal itkisinə görə məsuliyyətini üzərinə götürdüyünü söyləyib: "Çünki baş məşqçi mənəm, futbolçuları meydana mən buraxıram. Nəticəyə görə də mən cavabdehəm" (Report).

Digər Xəbərlər
Xəbər Lenti