"Kimsə Sənan Qurbanovu məşqçi olduğuna yalandan inandırıb"

20 Fevral 2021 14:40 Şamaxı 1 032
"Kimsə Sənan Qurbanovu məşqçi olduğuna yalandan inandırıb"

"Kimsə Sənan Qurbanovu məşqçi olduğuna yalandan inandırıb".

Sportinfo.az xəbər verir ki,bu fikirlər menecer Erkin İbrahimova məxsusdur.

O, yaxınlarda "Keşlə"nin sükanı arxasına keçən çalışdırıcının perspektivinə şübhə ilə yanaşıb:

"Kimsə öz növbəsində "Keşlə" rəhbərliyini aldadıb. Qvardiola olub mənim üçün - komandanı Qəbələdə meydana faktiki dayaq yarımmüdafiəçisiz buraxır.

Nə Yevgeni Koçuk ortada topu alacaq, nə də Sadio Tounkara. Bunu bilmək üçün heç məşqçi olmağa da lüzüm yoxdur. Həm də Koçuk komanda ilə 3 məşqə cıxıb, ya da çıxmayıb.

"Zirə"də Felipe Paxtman gələndən sonra 2 oyunda meydana sonradan daxil oldu, gözəl təsir bağışladı, və buna baxmayaraq, yenə də əsas heyətdə yer almır. Çünki kollektiv ilə hazırlıq keçməyib.

Hesabda geri olan komanda kornerdən sonra əks-hücümdan uşaq qolu buraxır, özü də "Qəbələ" rəqibini 4-2-yə yaxalamışdı (!). Hesab 0:2 olana kimi da özünü məşqçi sayan birisi bir əvəzetmə belə etmədi.

Ehtiyada Silvio kimi hücümçu, Nicat Qurbanov kimi sürətli futbolçu varkən. Həmin oyunçular yalnız ikinci qol buraxdığdan sonra meydana daxil oldu.

Gördüklərimiz yenə də sadə futbol aksiomasını təsdiqləyir. Köməkçi-məşqçi ilə baş məşqçi ayrı-ayrı peşədir".

Digər Xəbərlər
Xəbər Lenti