Baş məşqçiyə sual - NİYƏ BELƏ AQRESSİVSİZ?

15 Fevral 2021 17:20 Şamaxı 792
Baş məşqçiyə sual - NİYƏ BELƏ AQRESSİVSİZ?

“Bundan öncəki matçların görüntülərinə baxanda, görmüşəm ki, ikili mübarizələrdə məğlub olanda komandanın vəziyyəti çətinləşir“.

Sportinfo.az xəbər verir ki, bu fikirləri “Keşlə“nin baş məşqçisi Sənan Qurbnov dilə gətirib.

Gənc mütəxəssis komandasının Qəbələdə aqressiv oyun sərgiləməsi ilə bağlı sualı belə cavablandırıb:

“Həm “Kəpəz”lə, həm də “Qəbələ” ilə görüşdən əvvəl bunu oyunçulara göstərirdik ki, gərək təkbətək mübarizələrdə uduzmayaq, epizodlardan uzaq olmayaq.

Bacardıqları qədər əllərindən gələni etdilər. Əsas odur ki, əlimizi yanımıza salmamalı, işimizi davam etdirməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti