“Qəbələ” mənim üçün keçmişdə qalıb, bizə bu gün uduzmamaq lazım idi"

14 Fevral 2021 17:58 Şamaxı 1 107
“Qəbələ” mənim üçün keçmişdə qalıb, bizə bu gün uduzmamaq lazım idi"

"Bu oyuna ciddi hazırlaşmışqdıq. Müdafiədə buraxdığımız səhvlər məğlubiyyətə səbəb oldu".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqisi Sənan Qurbanov Premyer Liqanın XV turunda səfərdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis yeni komandası ilə Premyer Liqada ilk oyununa çıxdığını söyləyib: "İkinci hissədə bir neçə qol imkanlarımız oldu, amma yararlana bilmədik.

Səhvləri analiz edəcəyik ki, futbolçular bunları təkrarlamasınlar. Futbolçuların özünəinamı qaytarması çox vacibdir. Bunun üçün bir qələbə lazımdır. Bu gün alınmasa da, bizim işimiz axıra qədər mübarizə aparmaq və oyunçuları inandırmaqdır”.

Qurbanov bildirib ki, uzun illər işlədiyi “Qəbələ”yə rəqib olmağın onun üçün prinsipiallığı yox idi: “Bura ilə bağlı ancaq doğmalıq hissi var, uzun müddət “Qəbələ”də işləmişəm.

Ancaq hazırda “Keşlə”yə rəhbərlik edirəmsə, “Qəbələ” mənim üçün keçmişdə qalıb. Bizə bu gün uduzmamaq lazım idi, təəssüf ki, bunu reallaşdıra bilmədik. Artıq növbəti görüşlərə baxacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti