"Premyer Liqadakı vəziyyətdən çox şey asılı olacaq"

14 Fevral 2021 16:20 Şamaxı 630
"Premyer Liqadakı vəziyyətdən çox şey asılı olacaq"

"Qələbə qazanmaq hər zaman xoşdur. Bacardığımız qədər qələbələrin sayını artırmaq niyyətindəyik".

Sportinfo.az xəbər verir ki, bu açıqlama "Keşlə"nin baş məşqçisi Sənan Qurbanova məxsusdur.

Yaxınlarda Yunis hüseynovun əvəzinə təyinat alan gənc çaalışdırıcı mövsümün yekunları ilə bağlı hədəflərdən söz açıb:

"Mövsümün sonunda isə nəticəyə birlikdə baxacağıq. Çalışırıq ki, "Keşlə" bütün oyunlarda qələbə qazansın. Biz hər zaman növbəti oyunu fikirləşməliyik.

Kubokda da "Zirə"yə rəqib olduq. Bu görüşə isə hələ iki ay var. Kubok matçlarında hər iki komandanın Premyer Liqadakı vəziyyətindən çox şey asılı olacaq.

"Zirə" də çox yaxşı komandadır. Onlar istər kubokda, istərsə də çempionatda öz hədəflərini göstərirlər. Hər iki komandanı final uğrunda çətin görüşlər gözləyir".

Digər Xəbərlər
Xəbər Lenti