Bilmirsən ki, xeyriyyə cəmiyyətidir, yoxsa futbol klubu

12 Fevral 2021 22:20 Şamaxı 1 019
Bilmirsən ki, xeyriyyə cəmiyyətidir, yoxsa futbol klubu

"Keşlə" ondan asılı olmayan səbəblərə görə 3 aydır futbolçuların maaşını verə bilmir.

Bu, paytaxt təmsilçisində yaşanan birinci hal deyil.

Buna kimi də bir neçə dəfə belə vəziyyət yaranıb. Görünür, heç sonuncu dəfə də olmayacaq.

Heyətdəki futbolçuların maaşını verə bilməyən şəhər klubu transferlərdən də əl çəkmir. Əcaib durumdur, elə deyilmi?

Boşda qalan kim varsa, tez özünü "Keşlə"yə verir. Biri rəsmilərin, biri məşqçinin, bir başqası da futbolçunun tanışı kimi özünü Premyer Liqa klubuna sırımağı bacarır.

Ölkə xaricində işi düz gətirməyən kim varsa, "Keşlə"yə gə(tiri)lir.

Digər Premyer Liqa klubuna lazım olmayanlar yenə "Keşlə"yə gə(tiri)lir.

Karyerasını bitirmək istəyənlərin yadına "Keşlə" düşür və son anda bu qərardan vaz keçirlər. Ki, onlar da "Keşlə"yə gə(tiri)lir.

Uşaq anadan yetim qalan kimi, futbolçu da klubsuz olanda yetim qalar. Belə yerdə "Keşlə" sağ olsun. Ki, "yetim" futbolçulara "ata"lıq etməklə məşğuldur.

Belələrinə 3 ay nədir, 5 ay da maaş verməsən olar. Səbr edəcək, dözəcəklər. Ara yerdə olan heyətdəki 3-5 sanballı futbolçuya olur.

Belələri ilə həm nəticdən uzaq düşür, həm də maaşlarından. Bilmirsən ki, "Keşlə" xeyriyyə cəmiyyətidir, yoxsa futbol komandası...

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!