Qurbanov iş yerini itirməmək üçün nə etməlidir?

12 Fevral 2021 17:40 Şamaxı 867
Qurbanov iş yerini itirməmək üçün nə etməlidir?

Kubokun cavqb oyununda "Kəpəz" - "Keşlə" matçından ciddi dönüş gözləməyə dəyməzdi.

Yenə tribunalar dolu olsaydı, qonaqların işi çətinə düşə bilərdi.

Onsuz da, elə bir məzmunlu oyun göstərmirlər.

Bir yandan da Yaşar Vahabzadə evdə çıxış etməsinə baxmayaraq, yenə əks-hücumlara bel bağlamışdı. Heyət, büdcə, futbolçuların səviyyə fərqi aydındı.

Istənilən halda məğlub olursan, qorxmadan oyna, yenə də məğlub ol. Heç kim buna görə "Kəpəz"ə, baş məşqçiyə irad bildirməzdi.

"Kəpəz"in adı, tarixi var, zəif olsalar da, gəncəlilərə qorxaq oyun yaraşmaz.

"Keşlə" əlahiddə heç nə ilə yadda qalmadı. Gəncəlilər "Sabah"ı büdrədərək keşləlilərin yarımfinala yollarını açdı.

Final yolunda gözəl şans yaranıb, vaxt da var. "Neftçi"ni dayandıran "Zirə" elə də qorxunc rəqib deyil. Yarımfinalın taleyi öz əllərindədir.

Mərhələ keçilsə də, "Kəpəz"lə oyunlardan nəticə çıxarılmalıdır. Çempionatda işləri yaxşı getməyən "Keşlə"nin avrokuboklara ən qısa yolu kubokdan keçir.

Bunu sənan Qurbanov da anlayır yəqin. Hələlik ona verilən müddət 4 aydır. Gələn sezona da burada başlaması üçün ona mütləq və mütləq nəticə lazımdır.

Qazana biləcəkmi? Bunu əldə etməsi üçün o, öncə özünə, sözünə, hərəkətinə diqqət etməli, sonra əlini göyə qaldırmalı, Yaradana dua etməlidir.

Xarakterindəki yanlışları düzəltməyə cəhd göstərməsə, heç fələk də ona yar və yardımçı olmayacaq.

Qurbanovla çalışmış futbolçular onun keçdiyi məşq prosesindən, hazırlığın ahəngdarlığından ağızdolusu danışır. Insani tərəfə keçincə isə hər şey yaddan çıxır, ağızbüzənlərin danışan dilinə “qıfıl” vurmaq olmur.

“Keşlə”yə gəldiyi gün Rəşad Sadıqovla yaşadığı problem - oynayan məşqçini sorğu-sualsız işindən azad etməsi və onunla “Qəbələ”də yaşadığı insidenti bura daşıması Sənan Qurbanovun xeyrinə olmadı.

Təcrübəli məşqçi belə məqamlarda ədavəti qoyur yerə, səbrlə davranır, "dəm"lənmir, "dəm"in öz vaxtını gözləyir.

Səbr eyni zamanda klub rəıhbərliyinin işinin, yanaşmasının bır parçası olacaqmı? Axı Qurbanovu vəzifədə saxlayacaq yüzdəyüz qüvvə nəticə olmaya da bilər.

Yuri Maksimov və Tərlan Əhmədov da nəticə göstərmiş, komandanı avrokuboklara daşımışdı. Hər iksinin sonu eyni olmadımı, oldu.

Nəyə gərə? Idarəçilərlə fikir birliyinə varmadıqları, onlara zidd getdikləri üçün.

Qurbanov çalışıb bu incəlikləri saf-çürük etməıli, subardinasiya qaydalarına diqqət yetirməli, onları pozmamalıdır.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti