Fəaliyyəti bərpa etmək üçün şərait var, pul yoxdur

11 Fevral 2021 17:40 Şamaxı 824
Fəaliyyəti bərpa etmək üçün şərait var, pul yoxdur

«Keşlə» ciddi problemlə üzləşib.

Belə ki, klubun futbol akademiyası fəaliyyətini bərpa edə bilmir.

Artıq 6 aya yaxındır ki, mərkəz qapılarını yeniyetmə və gənclərin üzünə bağlayıb. Hərçənd ki, digər Premyer Liqa təmsilçiləri yanvarın 18-25-dən etibrən normal həyata dönüb.

«Keşlə»də qeyri-müəyyənliyə səbəb maliyyə çatışmazlığıdır. AFFA artıq 3 aya yaxındır ki, paytaxt təmsilçisinə heç bir ödəmə etmir.

Vəziyyəti belə görən valideynlər klub rəsmilərinə müraciət edib. Onlar uşaqlarının fərdi proqramm əsasında çalışmalarını istəmədiklərini bildirib.

Təklifləri isə budur ki, akademiyanın bərpası üçün pul yığılsın. Bu çağıoışa hələlik qarşı tərəfdən heç bir reaksiya yoxdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti