Azərbaycandan kənarda qala bilmədi, dönüşü rəsmiləşdi

10 Fevral 2021 09:20 Şamaxı 503
Azərbaycandan kənarda qala bilmədi, dönüşü rəsmiləşdi

"Keşlə" heyətini daha bir futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisi Sportinfo.az-ın yaydığı xəbəri doğrulayıb (https://www.sportinfo.az/idman_xeberleri/kesle/105730.html).

Elvin Yunuszadə ilə mövsümün sonunadək müqavilə imzalayıb.

28 yaşlı müdafiəçi bunadək "Neftçi", "Qarabağ", "Sabah" və "Səbail", həmçinin Bosniya və Herseqovinanın "Çelik" və Şimali Makedoniyanın "Şkupi" klublarında çıxış edib.

Elvin Yunuszadə Azərbaycan millisinin heyətində 3 dəfə meydana çıxıb.

"Keşlə" ondan əvvəl Moldova millisinin yarımmüdafiəçisi, son klubu "Sabah" olan Yevgeni Koçuku da heyətinə qatdığını açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı