"Tezliklə "Kəpəz"i Premyer Liqada görərik"

5 Fevral 2021 22:20 Şamaxı 897
"Tezliklə "Kəpəz"i Premyer Liqada görərik"

"İlk oyunda minimal hesablı qələbə qazandıq.

Rəqib müdafiədən oynadığı üçün hücumlarda effektli olmaq, sıx müdafiəni yarmaq çətin idi.

Cavab görüşü üçün məşqçimiz analizləri edib. Çalışacağıq onun tapşırıqlarını yerinə yetirib, turu keçən tərəf olaq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Kəpəz"lə ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşü haqda danışan "Keşlə"nin müdafiəçisi Şəhriyar Əliyev deyib.

Təcrübəli müdafiəçi bir vaxtlar uğurları üçün çalışıdığı "Kəpəz"li günlərini də yada salıb: "Kəpəz" mənə doğma komandadır. 3 il bu komandanın şərəfin qorumuşam.

Orada oynamaq başqa hissldir. Oyunlarda ən azı 7-8 min azarkeş olurdu. Bəzən bu say 12-13 minə kimi qalxırdı.

Gəncədə oynamaq futbola rəng qatır. Çox istərdim o azarkeşlər qarşısında yenidən meydana çıxım. Təəssüf ki, pandemiya səbəbindən stadionlara azarkeş buraxılmır. İnşallah, tezliklə "Kəpəz"i Premyer Liqada görərik".

Digər Xəbərlər
Xəbər Lenti