Klub rəhbəri məşqə gəldi, söz verdi, tələb etdi

5 Fevral 2021 11:40 Şamaxı 838
Klub rəhbəri məşqə gəldi, söz verdi, tələb etdi

«Keşlə»nin Müşahidə Şurasının sədri Zaur Axundov əsas komandanın üzvləri ilə görüşüb.

Paytaxt klubunun rəhbəri məşq əsnasında stadiona gələrək, məşqçi və futbolçularla söhbət edib, onlarda ruh yüksəkliyi yaradıb.

Patron builki məqsədlərinin avrokuboklara vəsiqə qazanmaq olduğunu bir daha diqqətə çatdırıb, bu yolda kollektivə maddi-mənəvi dəstəyini əsirgəməyəcəyini bildirib.

Ölkə kubokunu əldə etmək niyyətini xatırladan Axundov qeyd edib ki, o, Premyer Liqada mükafatçılar sırasına düşəcəklərinə də inanır.

Baş məşqçinin bundan sonrakı nəticələrə müsbət təsirinə inandığını söyləyən MŞ sədri futbolçulardan bir qədər məsuliyyətli olmağı və hər oyunda qələbə üçün can yandırmağı tələb edib.

SPORTINFO/AZ

Digər Xəbərlər
Xəbər Lenti