"Ola bilər bu gün və ya sabah o mövqeyə futbolçu transfer edək"

4 Fevral 2021 19:00 Şamaxı 974
"Ola bilər bu gün və ya sabah o mövqeyə futbolçu transfer edək"

"Elvin Yuniszadə yaxşı futbolçudur. Sadəcə olaraq, biz hazırda o mövqeyə futbolçu axtarmırıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Elvin Yuniszadə ilə "Keşlə"nin danışıq aparması haqda yayılan məlumatlara münasibət bildirərkən deyib.

Gənc mütəxəssis yaxın günlərdə yeni transferin baş tutma ehtimalının yüksək olduğunu bildirib:

"Əsas orta xətt üçün futbolçu axtarırıq. Ola bilər bu gün və ya sabah o mövqeyə futbolçu transfer edək. Yəni hər an bu baş verə bilər.

Yerli futbolçuların transferi bir qədər çətindi. Çünki klubları ilə müqaviləsi var. Bu mövqeyə əcnəbi oyunçu transferi olacaq.

Danışıq apardığımız futbolçular var. Çalışırıq şərtlərimizə uyğun, münasib bir futbolçu tapaq".

Digər Xəbərlər
Xəbər Lenti