“Keşlə”dən 30-cu... FOTO

3 Fevral 2021 21:20 Şamaxı 480
“Keşlə”dən 30-cu... FOTO

“Keşlə” Azərbaycan kubokunda 30-cu ev qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, bu, 1/4 finalın “Kəpəz”lə ilk oyununa təsadüf edib.

1:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisi öz meydanında yubiley uğuruna sevinib. Bakılılar ölkə kubokunda 1997/98 mövsümündə debüt edib.

Komanda turnirdə əvvəl “Xəzər Universiteti”, sonra “İnter” adı altında mübarizə aparıb. Paytaxt təmsilçisinin ilk ev qələbəsi isə yalnız 2001/02 mövsümünə təsadüf edib.

Ölkə kubokunda ən çox ev qələbəsi olan komanda “Qarabağ”dır. Ağdamlıların 56 qələbəsi var.

Digər Xəbərlər
Xəbər Lenti