25000 MANAT - Kubokda yarımfinala vəsiqənin haqqı

2 Fevral 2021 15:00 Şamaxı 1 376
25000 MANAT - Kubokda yarımfinala vəsiqənin haqqı

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Hər iki görüş Bakıda təşkil olunacaq.

Əvvəlcə "ASK Arena"da "Keşlə" və I Divizion təmsilçisi "Kəpəz" üz-üzə gələcək. Paytaxt komandası mübarizəyə birbaşa qoşulubsa, Gəncə klubu əvvəlki mərhələdə "Sabah"ı mübarizədən kənarlaşdırıb - 2:1.

Bakı və Gəncə nümaayəndələri arasında indiyədək 5 oyun keçirilib. Görüşlərdən 4-də "Keşlə" qələbə qazanıb, 1-i heç-heçə ilə yekunlaşıb.

Topların nisbəti də "Kəpəz"in əleyhinədir - 3:10. Üç dəfə yolları kəsişən komandaların bütün duellərində “Keşlə” mərhələ adlayıb. “Kəpəz” 5 oyunun heç-birində qələbə qazanmayıb.

Və yəqin ki, yenə də ənənə pozulmayacaq. Yarımfinala vəsiqə komandaya 25 min manat qazandıracaq.

Rəqibin “Kəpəz“ olması “Keşlə“ rəhbərliyini ikiqat sevindirib. Çünki bu mərhələdə “Sabah“la qarşılaşacaqlarını proqnozlaşdırmışdılar və əgər belə olsaydı, mükafat fondu 40000 manat təşkil edəcəkdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!