"Kəpəz" gücünü "Sabah"a göstərdi, bu, bizə də siqnal oldu"

31 Yanvar 2021 20:20 Şamaxı 850
"Kəpəz" gücünü "Sabah"a göstərdi, bu, bizə də siqnal oldu"

"Kəpəz"ə çox böyük hörmət edirik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Paytaxt təmsilçisi fevralın 2-də ölkə kubokunun ¼ final mərhələsinin ilk oyununa çıxacaq. Şəhərlilər bu raundda "Kəpəz"lə qarşılaşacaq.

"Keşlə"nin çalışdırıcısı "Sabah"ı mübarizədən kənarlaşdırmış Gəncə təmsilçisinə ciddi yanaşdıqlarını bildirib: "Bütün oyunlara necə hazırlıq olacaqsa, eynən də "Kəpəz"lə oyuna hazırlaşırıq.

Bizim üçün çox vacib görüşdür. Hər iki "cəbhə"də mübarizə aparacağıq. "Kəpəz" öz gücünü "Sabah"a göstərdi. Bu, bizə də bir siqnal oldu.

Hər birimiz bu məsuliyyəti dərk etməliyik. Bütün hazırlıqlar məhz qarşıdakı oyuna yönəlib. Titul qazanmaq hər zaman xoşdur. Bu, hər bir idmançı üçün yaxşıdır.

Çempionatda komandalar arasında xal fərqi o qədər də çox deyil. Ona görə də hər iki "cəbhə"də sonadək vuruşacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!