“Azərbaycan qrupumuzda heç də ən asan rəqibi olmayacaq”

29 Yanvar 2021 23:20 Şamaxı 812
“Azərbaycan qrupumuzda heç də ən asan rəqibi olmayacaq”

“İspaniya və Almaniya kimi güclülərlə düşmək istəmirdik. Onlarla müqayisədə Xorvatiya daha yaxşıdır”.

Sportinfo.az xəbər verir ki, bunu Finlandiyanın U-21 millisinin baş məşqçisi Yuxa Malinen deyib

O, AVRO-2023-ün seçmə mərhələsinin püşkünü dəyərləndirib. Malinen A qrupunda yer alan Xorvatiya, Avstriya, Norveç, Azərbaycan və Estoniya haqda danışıb:

“Avstriya ağır rəqibdir. Norveç isə bizə ən yaxşı tanış olan komandadır. Azərbaycan qrupumuzun heç də ən asan rəqibi olmayacaq.

Çətin səfər və ekzotika ilə rastlaşacağıq. Estoniya da öz səbətinin ən zəifi deyil. Biz onlara hörmətlə yanaşırıq.

Lakin bilirik ki, bu yığmaları udmağı bacarmalıyıq. İlk növbədə elə komanda qurmalıyıq. Bunun üçün elə futbolçular seçməliyik ki, yığmada oynamağa xoşbəxt olsunlar”.

Digər Xəbərlər
Xəbər Lenti