Baş məşqçinin istefası müzakirə olundu, qərara alındı ki…

23 Yanvar 2021 11:40 Şamaxı 956
Baş məşqçinin istefası müzakirə olundu, qərara alındı ki…

Premyer Liqanın 15-ci turu Yunis hüseynov üçün «Keşlə»nin baş məşqçi postunda sonuncu ola bilər.

Sportinfo.az-ın məlumatına görə, komandanın dünən «sumqaayıt»a 0:1 hesablı məğlubiyyəti klub rəhbərliyi tərəfindən böyük məyusluqla qarşılanıb.

Onun sükan arxasından uzaqlaşdırılması növbəti dəfə müzakirə olunub. Son qərar budur ki, Qəbələ səfəri gözlənilsin.

İşdir, bu dəfə də yenilgi qeydə alınsa, Hüseynovla müqaviləyə birtərəfli qaydada xitam veriləcək.

İdarəçilər bu qənaətdədir ki, o, məşqçi olaraq öz üzərinə düşən işi görə, futbolçulara normal hazırlıq keçə bilmir. Üstəlik, nizam-intizam məsələlərinə nəzarət etməyi, sərt tədbirlər görməyi bacarmır.

Digər Xəbərlər
Xəbər Lenti