"Keşlə" millinin müdafiəçisini icarəyə götürdü – BU ŞƏRTLƏ

16 Yanvar 2021 13:00 Şamaxı 833
"Keşlə" millinin müdafiəçisini icarəyə götürdü – BU ŞƏRTLƏ

«Keşlə» növbəti transferini reallaşdırıb.

Anatolie Abanq, Sadio Tounkara və Nicat Qurbanovla müqavilə bağlayan paytaxt təmsilçisi bu dəfə «Sabah»dan Elçin Mustafayevi icarəyə götürüb.

Gənclər yığmasının müdafiəçisi ilə mövsümün sonunadək kontrakt imzalanıb. Masazır klubu onu 1 şərt qarşılığında «Keşlə»nin sərəncamına verib.

Belə ki, Mustafayev mövsümün qalan hissəsində keçiriləcək oyunların minimum 50 faizində iştirak etməlidir. Yunis Hüseynov yığma üzvünü elə buna görə – limiti düşdüyü üçün komandasına götürüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti