"Neftçi" komandası günü-gündən yaxşı oyun sərgiləyir"

15 Yanvar 2021 19:00 Şamaxı 825
"Neftçi" komandası günü-gündən yaxşı oyun sərgiləyir"

"Çox ağır oyun oldu. Deyərdim ki, maraqlı 90 dəqiqəyə şahid olduq. "Neftçi" komandası günü-gündən yaxşı oyun sərgiləyir. Bu göz qabağındadır. İnkişafların danmaq olmaz"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin müdafiəçisi Şəhriyar Əliyev deyib.

Əliyev komandada yorğunluğun olmasını belə əsaslandırıb: "Ayın 4-dən gündə 2 məşq olmaqla komanda hazırlığa başlayıb. Çalışırdıq fiziki durumu düzəldək. Çünki məlum səbəblərdən müəyyən fasilələr olmuşdu. Bu səbəbdən fiziki yükləmələr olurdu. Belə yükləmələrdən sonra hər zaman oynamaq bir qədər çətin olur. Belə oyunlarda səhvlər üzə çıxır. Baş məşqçimiz bu səhvləri analiz edəcək. Çalışacağıq "Sumqayıt"la oyuna kimi bu səhvləri aradan qaldıraq"

Təcrübəli futbolçu heyətə qoşulan yeni futbolçuların komandaya fayda verəcəklərinə ümid etdiyini deyib: "Nə qədər yaxşı olsa belə, komandada güclənməyə hər zaman ehtiyac var. Heyət geniş olanda, rəqabət də olur. Bu isə inkişafa yol açır. İnanıram ki, gələn yeni futbolçularımız uyğunlaşma prosesini tez keçib, gücümüzə güc qatacaqlar. Dünənki oyunda da öz səviyyələrini yaxşı tərəfdən göstərə bildilər".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı