"Bəyəndiyi legionerlər başqadır, mətbuatda çıxan adlar başqa"

10 Yanvar 2021 13:00 Şamaxı 1 493
"Bəyəndiyi legionerlər başqadır, mətbuatda çıxan adlar başqa"

“Son günlər mətbuatda bir çox futbolçunun adı klubumuzla yanaşı hallanır – biz bunları, sadəcə, oxumaqla kifayətlənirik“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Keşlə“nin idman direktoru Ceyhun Sultanov deyib.

Ötən ay paytaxt klubunun rəhbərliyinə gətirilən funksioner transer bazarında gedən çalışmalar barədə bunları söyləyib:

“Maraq göstərdiyimiz bir neçə futbolçu var. Hamısı legionerdir. Əlbəttə, istərdik ki, yerli futbolçuları da komandaya cəlb edək.

Sadəcə, onların öz klublarıyla müqaviləsi var. Yay gəlmədən bu işləri görmək demək olar qeyri-mümkündür. Ona görə də komandanı hələlik legionerlərlə doldurmaq məcburiyyətindəyik.

Bir daha deyirəm ki, bu məsələ birbaşa Yunis Hüseynovun səlahiyyətindədir. Baş məşqçinin bəyəndiyi legionerlər başqadır, mətbuatda çıxan adlar başqa.

Bəli, yalnız onu təsdiq edirəm ki, Derlis Meza Kolli maraq dairəmizdir. Paraqvaylı yarımmüdafiəçi hazırda “Arceş“ə məxsusdur. Rumıniya klubunun Sezar Meza Kollinin qardaşını sərbəst buraxıb-buraxmayacağı hələ bilinmir“.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"