Qardaş qardaşının xahişini etdi, "Keşlə" hərəkətə keçdi

9 Yanvar 2021 16:00 Şamaxı 1 211
Qardaş qardaşının xahişini etdi, "Keşlə" hərəkətə keçdi

"Keşlə"nin lideri Sezar Meza Kolli klub rəhbərliyinə gözlənilməz xahişlə müraciət edib.

Sportinfo.az-ın məlumatına görə, paraqvaylı yarmmüdafiəçi qardaşı Derlislə yenidən bir yerdə çıxış etmək istədiyini bildirib.

Üç ay öncə Rumıniyadan Azərbaycana qayıdan cənubi amerikalı legioner Derlisin də "Keşlə"yə gətirilməsinə "okey" alıb.

Sezarın sözünü yerə salmayan paytaxt təmsilçisinin rəsmiləri "Arceş"lə əlaqə saxlayıb.

Derlis Meza Kolli Rumıniyanın əsas liqasına vəsiqə qazanan kluba avqustda keçib. 32 yaşlı yarımmüdafiəçi onlarla 1 illik müqavilə imzalayıb.

O. son olaraq Rumıniyada "Petrolul"un formasını geyinib. 2017/2018 mövsümündə "Neftçi"də çıxış etmiş yarımmüdafiəçi Azərbaycanda "İnter" (hazırkı "Keşlə") və "Qəbələ"nin də şərəfini qoruyub.

Hazırda iki klub arasında danışıqlar davam edir. "Arceş" müəyyən məbləğ qarşılığında Derlisin anlaşmasını pozmağa razıdır.

Bakı təmsilçisi isə bu problemi futbolçunun özünün yoluna qoymasına çalışır. Yəni, o, "Arceş" rəhbərliyi ilə görüşüb, hansısa şərtlər daxilində müqaviləyə xitam verməyə nail olsun.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı