"Yenidən Azərbaycana dönmək mənə hərtərəfli münasib idi"

7 Yanvar 2021 19:00 Şamaxı 643
"Yenidən Azərbaycana dönmək mənə hərtərəfli münasib idi"

"Bir həftə əvvəl təklif gəldi, danışıb razılaşdıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin yeni transferi Nicat Qurbanov deyib.

Yarımmüdafiəçi Gürcüstan karyerasını yerli çempionata dəyişməsini isə belə əsaslandırıb: "Yenidən bura dönməyim hərtərəfli mənə münasib idi. İndiki zamanda bir az çətindir kənara çıxmaq. Pandemiyaya görə ailəmi də özümlə apara bilmirdim".

6 aylıq müqavilə imzaladığı yeni klubunda məşqlərə qoşulan futbolçu ilk təsuratlarını bölüşüb: "Komandamız hələ tam yığışmayıb. Amma ümumi götürəndə kollektiv yaxşıdır. Hər şey qaydasındadır. Ümid edirəm ki, çempionatda da yaxşı olacaq".

"Samtrediya"dan ayrılan Qurbanov hazırda 7-ci yerdə gedən "Keşlə"nin yüksək yerlər uğurunda mübarizə aparmaq potensialından ümidlə danışıb:

"Əlbəttə, yuxarı pillələrə yüksəlmək mümkün olacaq. Sonuncu yerlə xalımız bərabər olsa da, yuxarı pillələrdəki komandalarla aramızda xal fərqi o qədər çox deyil. Qarşıda hələ oyunlar var. Düşünürəm ki, hər şey düzələcək".

Digər Xəbərlər
Xəbər Lenti