Bir daha legioner olmaq istəmədi, "Keşlə" ilə müqavilə imzaladı

6 Yanvar 2021 16:40 Şamaxı 1 038
Bir daha legioner olmaq istəmədi, "Keşlə" ilə müqavilə imzaladı

“Keşlə” növbəti transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, Bakı klubu rəsmi saytı vasitəsilə Nicat Qurbanovun keçidini bəyan edib.

Gürcüstanın “Samtrediya” klubundan ayrılan 28 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə münasibətləri rəsmiləşdirib. Anlaşmaya əsasən, sabiq “Neftçi”li ilin sonuna qədər “Keşlə”nin formasını geyinəcək.

Qurbanov buna qədər ölkə daxilində “Simurq”, “Neftçi”, AZAL, “Zirə”, “Kəpəz” və “Sumqayıt”da çıxış edib.

Nicat Qurbanov “Keşlə”nin ikinci rəsmi keçididir. Bakılılar ondan əvvəl Moldova “Şerif”indən Anatole Abanqın transferini açıqlamışdılar. Estoniya təmsilçisi “Narva Trans”dan gələn Sadio Tounkara komandanın düşərgəsində olsa da, onunla bağlı rəsmi məlumat verilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!