"Kimi istəsə, saxlaya, kimi istəməsə, göndərə bilər"

5 Yanvar 2021 19:00 Şamaxı 851
"Kimi istəsə, saxlaya, kimi istəməsə, göndərə bilər"

«Hazırda axtarış gedir, bir neçə transfer gözlənilir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Keşlə»nin idman direktoru Ceyhun Sultanov deyib.

Premyer Liqanıın bürünc medalçısı qış fasiləsində hələlik 3 yeni futbolçu ilə güclənib.

"Şerif"dən (Moldova) hücumçu Anatole Abanqı rənglərinə bağlayan paytaxt təmsilçisi "Narva Trans"la vidalaşan Sadio Tounkaranı da razı salıb. Həmçinin "Samtrediya"dan (Gürcüstan) ayrılan Nicat Qurbanov düşərgəyə gətirilib.

C,Sultanov bildirib ki, bütün bu işlər baş məşqçi Yunis Hüseynovun razılığı əsasında həyata keçirilir: "Bizdə qayda dəyişməzdir: nəticələrə baş məşqçi cavabdehdir.

Komandayla bağlı bütün səlahiyyətlər ondadır. Burada heç kim Yunis Hüseynovun işinə qarışmır, tam sərbəstdir. Kimi istəsə, saxlaya, kimi istəməsə, göndərə bilər.

Yunis Hüseynov maraqlaandığı futbolçularla bağlı fikirlərini bildirib. Hələlik başqa futbolçularla anlaşmamışıq. Nə mümkündür, edirik. Çalışırıq ki, yaxşı komanda formalaşsın və mövsümün növbəti hissəsində yaxşı nəticə göstərilsin».

Digər Xəbərlər
Xəbər Lenti