"Keşlə"dən başqa, Gürcüstan klubundan da təklifim var"

4 Yanvar 2021 17:40 Şamaxı 1 372
"Keşlə"dən başqa, Gürcüstan klubundan da təklifim var"

"Samtrediya" ilə danışdım və ayrılmağa qərar verdim. Ayrılığa səbəb maliyyə deyil.

Həm mövsümün sonuna kimi burada qalmaq istəyirdim, həm də başqa təkliflərim vardı".

Bu sözləri Sportinfo.az-a açıqlamasında dünən Gürcüstan klubundan ayrılması rəsmiləşən Nicat Qurbanov danışıb.

Yarımmüdafiəçi "Keşlə"yə keçməsi haqda məlumatın yayılmasına belə reaksiya verib: "Keşlə" ilə danışıq olub, amma hələ razılığa gəlməmişik. 2-3 günə dəqiq bilinəcək. Hələ dəqiq nəsə yoxdur. "Keşlə"dən başqa, Gürcüstan klubundan da təklifim var".

O, özü də "Samtrediya"nın bu haqda klub saytında məlumat verməsini anlamadığını bildirib:

"Keşlə" ilə danışıqların getməsini bilirdilər. Amma "Keşlə"yə keçidim haqqında klub saytında məlumat paylaşılmasını özüm də anlamadım. Onlara məlumat verən kimi saytdan bu hissəni sildilər".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"