Bakı klubu transfer edir, baş məşqçisinin xəbəri yox…

4 Yanvar 2021 09:20 Şamaxı 1 275
Bakı klubu transfer edir, baş məşqçisinin xəbəri yox…

Nicat Qurbanov “Samtrediya”dan rəsmən ayrılıb.

Bu barədə Gürcüstan klubunun mətbuat xidməti məlumat yayıb.

Qonşu ölkə təmsilçisi Nicata xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qurbanov 2019-cu ildən “Samtrediya”da çıxış edirdi. Maraqlıdır ki, “Samtrediya”nın mətbuat xidməti Nicatın yeni klubunun da adını açıqlayıb. Gürcülər Qurbanovun karyerasını “Keşlə”də davam etdirəcəyini bildiriblər.

Bu, doğru məlumatdır. Vaxtilə «Qəbələ», «Neftçi», «Simurq», «Zirə», «Kəpəz», «Sumqayıt» kimi bir çox klubun formasını geyinmiş yarımmüdafiəçi paytaxt təmsilçisi ilə 6 aylıq müqavilə imzalayıb.

Amma bu da faktdır ki, Yunis Hüseynovun son transferdən öncədən xəbəri olmayıb. Yəni ki, Nicatın gəlişi üçün baş məşqçinin razılığı alınmayıb. Rəsmilər yalnız «əməliyyat»ı bitirəndən sonra onu bu barədə məlumatlandırıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu