Yunis Hüseynovu arzusuna çatdıracaq “tapıntı”

29 Dekabr 2020 19:00 Şamaxı 1 131
Yunis Hüseynovu arzusuna çatdıracaq “tapıntı”

Çempionatın əvvəlində “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov deyirdi ki, əsas hədəfimiz çempionluqdur.

İndi “Keşlə” sonuncu pilləni də tutmaqda çətinlik çəkir. Nöşün ki, sonuncu pilləni ona vermək istəməyən “Sabah” var.

Bu tərəfdən də Yunis Hüseynov “qış bazarlığı”na başlayıb. Vaxtilə “Xəzər Lənkəran”da oynamış Sadio Tounkarını yenə də yanına çağırıb. Hardan?

Estoniya çempionatından. İndi sual yaranır: Yunis Hüseynov malili futbolçunu Estoniya çempionatından Azərbaycana niyə gətirir?

Çempionatın əvvəlində “məqsədimiz çempionluqdur” hədəfinə çatmaq, yoxsa sonuncu pilləni geri almaq üçün?

Bu haqda dəqiq bilgimiz yoxdur. Amma onu dəqiq bilirik ki, Yunis Hüseynov Sadio Tounkaranın da oynadığı “Xəzər Lənkəran”ı çempionatın sonuncu pilləsinə endirə bilmişdi.

Uğuru olsun, Yunis müəllim! “Qış bazarlığı”ndan danışırıq ey...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti