“Qarabağ”la “Neftçi” iki futbolçusu öyünə bilər ki…

3 Yanvar 01:20 Premyerliqa 2 180
“Qarabağ”la “Neftçi” iki futbolçusu öyünə bilər ki…

Premyer Liqanın 2023/24 mövsümündə iştirak edən futbolçulardan 10-u ölkə çempionatında 250 və daha çox oyun keçirib.

Sportinfo.az xəbər verir ki, turnirin ən təcrübəli üç oyunçusu öz komandasının kapitanıdır.

“Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov karyerasını Premyer Liqada davam etdirənlər arasında hamıdan öndədir. O, “Qarabağ”lı Maksim Medvedevi 8, “Kəpəz”in üzvü Vurğun Hüseynovu 9 matç qabaqlayır.

Bu üç kapitandan başqa daha iki futbolçu 300-ü keçib. Digər beş oyunçu isə 250-dən artıq görüşün iştirakçısıdır.

“Onluq”da “Qəbələ”nin üç futbolçusu var. “Qarabağ”la “Neftçi” iki üzvünün təcrübəsi ilə öyünə bilər.

“Kəpəz”, “Turan Tovuz” və “Zirə”də bir belə oyunçu var. Lakin qəsəbə klubunun qapıçısı digər 9 futbolçudan fərqli bu mövsüm meydana çıxmayıb.

1

Asif Məmmədov

Qəbələ

377

2

Maksim Medvedev

Qarabağ

369

3

Vurğun Hüseynov

Kəpəz

368

4

Qara Qarayev

Neftçi

317

5

İlkin Qırtımov

Qəbələ

312

6

Slavik Alxasov

Turan-Tovuz

285

7

Anar Nəzirov

Zirə

279

8

Urfan Abbasov

Qəbələ

278

9

Rəhman Hacıyev

Neftçi

266

10

Riçard Almeyda

Qarabağ

261

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu