Rövnəq Abdullayev bu klubun himayədarları sırasına daxil oldu - ŞOK XƏBƏR!

21 Fevral 14:00 Araz-Naxçıvan 3 111
Rövnəq Abdullayev bu klubun himayədarları sırasına daxil oldu - ŞOK XƏBƏR!

AFFA prezidenti Rövnəq Abdullayevin futbol fəaliyyəti ilə əlaqəli növbəti fakt məlum olub.

Redaksiyamızın əldə etdiyi məlumata görə, federasiya rəhbəri bu mövsümdən Premyer Liqaya qayıdan «Araz-Naxçıvan»ın himayədarları sırasındadır.

O, bunu AFFA-nın başçısı olaraq eləmir. Muxtar Respublika təmsilçisinə şəxsi büdcəsindən vəsait ayırır. Və bunu bir naxçıvanlı olaraq edir.

Aldığımız informasiyaya görə, 8 ildən sonra Premyer Liqaya dönən klubun dəstəkçiləri arasında bu bölgədən olan bir qrup iş adamı və vəzifəli şəxs var.

Abdullayev də uzun illər SOCAR-ın prezidenti postunu tutmuş bir persona kimi himayədarlar qrupunda yer alıb.

Onun aybaay «Araz-Naxçıvan»ın büdcəsinə bəlli bir məbləğ köçürdüyü, həmçinin komandaya mükafat ayırdığı bildirilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!