Hökumətə müraciət etdi: “600 milyon avro ziyana düşdük, çökürük”

27 Oktyabr 2020 17:38 İtaliya 592
Hökumətə müraciət etdi: “600 milyon avro ziyana düşdük, çökürük”

A seriyasının prezidenti Paolo Dal Pino İtaliya çempionatının durumu ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, o, vəziyyətin acınacaqlı olduğunu bildirib.

Pino hökumətin koronavirusa görə tətbiq etməyə hazırlaşdığı məhdudlaşdırıcı tədbirlər barədə də danışıb:

“Ümid edirəm ki, hökumət futbolun dəyərini başa düşür. Çox narahatıq, çökməyə yaxınıq və qorxuram ki, tətbiq olunan məhdudlaşdırıcı tədbirlərə görə ölkə iqtisadiyyatına baha başa gələcək.

Sağlamlıq önəmlidir. Amma düzgün qərar qəbul etmək, orta və uzunmüddətli plan hazırlamaq lazımdır. Stadionların bağlanması nəticəsində 600 milyon avro ziyana düşdük.

Hökumətdən diqqət və həssaslıq gözləyirik. Baş nazir açıq şəkildə bildirib ki, zərər görən sahələrə iqtisadi yardım ediləcək. Hər il bir milyard avro vergi ödəyən futbol təsərrüfatına da yarım ediləcəyini gözləyirik”.

Digər Xəbərlər
Xəbər Lenti