"Latsio"nu çalışdırmaq variantı var - Alleqrinin

16 Oktyabr 2020 11:06 İtaliya 1 029
"Latsio"nu çalışdırmaq variantı var - Alleqrinin

"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqrinin işsiz günləri başa çatmaq üzrədi.

Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssisin "Latsio"nu çalışdırmaq variantı var.

İtaliya mətbuatının yazdığına görə, Roma klubunun prezidenti Klaudio Lotito şəxsənözü Alleqrini komandanın başında görmək istəyir.

Lazio hazırkı baş məşqçisi Simone İnzaqi ilə yeni müqavilə imzalanması ilə bağlı razılığa gələ bilmir. Əgər tərəflər sözləşməni yeniləməsə, Alleqri İnzaqini əvəzləməyə əsas namizəd olacaq.

Digər Xəbərlər
Xəbər Lenti