Klub qadağa qoydu, futbolçular oyuna gəlmədi, sonra…

16 Oktyabr 2020 00:14 İtaliya 567
Klub qadağa qoydu, futbolçular oyuna gəlmədi, sonra…

A seriyasının III turunda "Yuventus"la oyuna çıxmayan "Napoli"yə 0:3 hesablı texniki məğlubiyyıt verilib.

Sportinfo.az xəbər verir ki, bu barədə turnirin saytı məlumat yayıb. Klub koronavirusla bağlı protokola əməl etmədiyi üçün bir xalı da silinib.

Neapol səhiyyə xidməti komandada koronavirusa yoluxanların olması səbəbindən “Napoli”nin Turinə yollanmasına qadağa qoyduğu üçün futbolçular oyuna gəlməyib.

Görüşün baş hakimi Daniele Doveri matçı rəsmi başlama vaxtından 45 dəqiqə sonra başa vurub. "Napoli" qarşılaşmanın təxirə salınmasını gözləsə də, matçda öncə bununla bağlı rəsmi müraciət etmədiyi üçün istəyi reallaşmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"