AFFA-da I və II Liqa klubları ilə 2 saat nədən danışdılar? - FOTOLAR

10 Avqust 2023 13:40 I Divizion 1 825
AFFA-da I və II Liqa klubları ilə 2 saat nədən danışdılar? - FOTOLAR

AFFA-nın inzibati binasında I və II Liqa klublarının nümayəndələri ilə görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, bu gün baş tutan tədbirdə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov cari mövsümdən tətbiq olunacaq yeniliklər barədə məlumat verib.

Qurum rəsmisi idman prinsiplərinə əməl etməyin vacibliyi, turnirlərin keçirilmə qaydaları, infrastruktur kimi məsələləri xüsusi vurğulayıb.

Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, həmçinin, eyni şöbənin baş mütəxəssisi Elvin Yaqubov klublara yarışların elektron sistemi – “PFL baza” haqqında müfəssəl məlumat veriblər.

Ardınca AFFA-nın qeydiyyat və statistika şöbəsinin baş mütəxəssisi Eldar Məmmədov futbolçuların qeydiyyatı zamanı nəzərə alınmalı olan məqamları vurğulayıb.

İki saata yaxın davam edən görüş klub nümayəndələrinin suallarının cavablandırılması ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!