"Başqa heç bir seçim yoxdur, onun böyük istedadı var"

20 Oktyabr 2023 01:40 İspaniya 852
"Başqa heç bir seçim yoxdur, onun böyük istedadı var"

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr hazırda dünyanın ən yaxşı yarımmüdafiəçisinin kim olması haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Maquayr “Real”da forma geyinən ingiltərəli futbolçu Çud Bellingemin adını çəkib:

“İndi dünyada Bellingemdən güclü yarımmüdafiəçi yoxdur. Başqa heç bir seçim yoxdur.

Çud xarakteri, əla fiziki forması və təvazökarlığı ilə seçilir. Tədricən inkişaf etməyə davam edir.

Əminəm ki, o, eyni ruhda davam edəcək. Onun böyük istedadı var”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı