“Həyatımdakı ən çətin qərarlardan birini vermək məcburiyyətində qaldım” - VİDEO

3 Sentyabr 2023 08:30 Cüdo 830
“Həyatımdakı ən çətin qərarlardan birini vermək məcburiyyətində qaldım” - VİDEO

Ötən ay tanınmış azərbaycanlı cüdoçu, Avropa çempionu, dünya çempionatlarının və Olimpiadanın mükafatçısı, hazırda Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının sədri olan Rüstəm Orucov peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, CBC telekanalının “Yadlar olmadan/sirr deyil” (Bez postoronnix ne sekret) verilişinin qonağı olan idmançı həyatının yeni mərhələsi barədə danışıb.

“Avqustun 8-də həyatımdakı ən çətin qərarlardan birini vermək məcburiyyətində qaldım. İdman çıxışlarıma son vermək qərarına gəldim. Həyat belədir ki, hər şeyin sonu gəlib çatır. Artıq yaş öz sözünü deyir”, - atlet etiraf edib.

O, bildirib ki, hazırda Yaponiyaya getməyi və məşqçilik üzrə təhsil almağı düşünür.

R.Orucov gənc idmançılara da məsləhət verib. O, qeyd edib ki, ciddi uğulara imza atmaq istəyənlər başlarından yuxarı tullanmağı bacarmalıdırlar.

Avropa çempionu ilə geniş müsahibəni CBC TV-nin videomaterialında izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti