50 yaşlı baş məşqçi koronavirusa qalib gəldi

8 Sentyabr 2020 09:56 İtaliya 540
50 yaşlı baş məşqçi koronavirusa qalib gəldi

“Bolonya”nın baş məşqçisi Sinişa Mixayloviçin koronavirusa yoluxduğunu xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi serb mütəxəssisin vəziyyəti ilə bağlı yeni məlumat yayıb.

Klub Mixayloviçin sağaldığını açıqlayıb. Onun son iki testinin nəticəsi mənfi çıxıb. 50 yaşlı baş məşqçinin bu gündən etibarın komandadakı işinin başına qayıdacağı bildirilib.

Avqustun 23-də virus aşkarlanan Sinişa Mixayloviç həm də onkoloji xəstəlikdən (leykemiya) əziyyət çəkir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!