"Neftçi"dən başqa heç yerə getmərəm, pulu fikirləşmirəm"

30 Noyabr 2023 11:00 Neftçi 1 056
"Neftçi"dən başqa heç yerə getmərəm, pulu fikirləşmirəm"

"Neftçi"nin futbolçusu Rəhman Hacıyev paytaxt təmsilçisi ilə danışıqları davam etdirir.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi müqavilə müddətinin uzadılması ilə bağlı "ağ-qaralar"la danışıqların davam etdiyini söyləyib:

"Dekabrın sonunda hər şey bəlli olacaq. Başqa təkliflərim də var".

Oyunçu karyerasını bu klubda başa vurmaq istəyinin olduğunu gizlətməyib:

"Burada oynamaq arzum idi. Komandaya gələndə də yaşım az idi.

Heç vaxt pulu fikirləşməmişəm. Daha yaxşı təkliflərim də olub. "Neftçi" "qal" desə, düşünmədən razı olacağam".

Tovuzdan olan futbolçu "Turan Tovuz"un da ona təklif göndərdiyini vurğulayıb:

"Ölkəmizdə "Neftçi"dən başqa heç yerə getmərəm. "Keşlə"də (hazırkı "Şamaxı") icarədə olanda da komandanın matçlarını stadiondan izləyirdim. Bu klubun azarkeşiyəm".

Digər Xəbərlər
Xəbər Lenti