ŞOK GÜNDƏM! Premyer Liqada klub sayı artırılır - 12 və ya daha çox… SON DƏQİQƏ

19 Fevral 16:20 Premyerliqa 6 307
ŞOK GÜNDƏM! Premyer Liqada klub sayı artırılır - 12 və ya daha çox… SON DƏQİQƏ

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək klubların sayının artırılması planlaşdırılır.

Bununla bağlı redaksiyamıza mötəbər mənbələrdən yeni məlumat daxil olub.

Əldə etdiyimiz bilgiyə görə, SOCAR və AFFA arasında bu istiqamətdə məsləhətləşmələr aparılır.

Görüşmələr bir müddət əvvəl başlayıb, yekun qərar isə apreldə veriləcək. Ona kimi AFFA-nın hesabat-seçki konfransı keçiriləcək.

Seçki çərçivəsində federasiyanın yeni prezidenti müəyyənləşəcək.

2008-ci ildən quruma rəhbərlik edən Rövnəq Abdullayevin AFFA ilə vidalaşmaq ehtimalı yüksəkdir. Belə olarsa, yeni planın gerçəkləşmək faizi də yüksələcək.

Premyer Liqada iştirakçı sayının 12-yə çatdırılması gözlənilir. Bu, ən real variantdır. Amma bu rəqəmin 14-ə qaldırılması da istisna deyil. Hər halda tərəflər arasında aparılan fikir mübadiləsi zamanı bu təklif də səsləndirilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti