“Qarabağ” Bundesliqanın liderinə qarşı belə oynayıbsa, çox uzağa gedə bilər"

13 Noyabr 2023 02:40 Qarabağ 4 305
“Qarabağ” Bundesliqanın liderinə qarşı belə oynayıbsa, çox uzağa gedə bilər"

“Qarabağ”ın sabiq qapıçısı, vaxtı ilə “Köln” və “Hayduk”(Split) kimi komandaların qapısını qorumuş Miro Varvodiç Apasport.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı qolkiper Mahir Emrelinin “Dinamo”dakı performansını dəyərləndirib.

Bununla yanaşı, “Qarabağ”ın “Bayer”lə matçdakı çıxışına da şərh verib:

“Dinamo” böyük böhran içindədir. Demək olar ki, əksər yaxşı oyunçuları zədəlidir. Yakiroviç də artıq nə edəcəyini bilmir, onu da qınamaq olmur. Hər dəfə 40 oyunçudan miks nəsə hazırlamaq istəyir. Komanda optimal heyətdən uzaqdır. Ona görə də, son görüşdə “Viktoriya”ya uduzdular. Sırf Mahir Emreliyə gəlincə, məncə, o çox yaxşı oynayır. Sadəcə olaraq, onun da bəxti gətirmir. Çünki komandanın ümumilikdə yaxşı oyunçuları yoxdur. Zədəlilər komandanın bu durumda olmasına gətirib çıxarır. Yoxsa, Mahir üzərinə düşəni edir, meydanda çox yaxşı görünür. Hər halda, Emreli də hazırkı durumdan istifadə edib, komandanın əsas heyət üzvünə çevrilməlidir. Emrelinin “Dinamo”dakı performansını bəyənirəm, məncə, komandanın əsas üzvü ola bilər”.

Hazırda “Duqopolye”nin qapısını qoruyan 34 yaşlı futbolçu “Qarabağ” – “Bayer” matçı barədə isə bunu deyib:

“Almaniya futboluna yaxşı bələdəm, “Köln”, “Ştuttqart Kikkers”, “Valdhof Manheym”dən Almaniya təcrübəm var. Əsas liqadakı komandaların necə oynadığını bilirəm. “Qarabağ”ın “Bayer”lə görüşdə çox yaxşı oynadığını düşünürəm. Bakıda Almaniya klubuna oynamaq imkanı vermədilər. Hətta “Qarabağ” qələbə də qazanmaq iqtidarında idi. Çox heyf ki, bu onlarda alınmadı. Fikrimcə, “Qarabağ” Bundesliqanın liderinə qarşı belə oynayıbsa, Avropa Liqasında çox uzağa gedə bilər. Qrupdan çıxacaqlar, ümid edirəm ki, sabiq komandam çox uğurlu olacaq. Komanda Qurban Qurbanov kimi güclü baş məşqçiyə sahibdir. O, komandasını çox yaxşı tanıyır və inanıram ki, birlikdə böyük uğurlara davam edəcəklər”.

Varvodiç 2012-2013-cü illərdə “Qarabağ”ın qapısını qoruyub. O, həmin mövsümün əvvəlində “Köln”ü Azərbaycan çempionuna dəyişib.

Digər Xəbərlər
Xəbər Lenti