“Barselona” hücumçusunu kirayələdi – Premyer Liqa klubuna

1 Sentyabr 2023 18:40 İngiltərə 1 054
“Barselona” hücumçusunu kirayələdi – Premyer Liqa klubuna

“Brayton” “Barselona”nın hücumçusu Ansu Fatini heyətinə qatdığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı ispan futbolçu bir mövsümlük icarə əsasında “qağayılar”a keçib.

Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Fati 2022/2023 mövsümündə “Barselona”nın heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!