Azərbaycan çempionatının oyunu təxirə salındı – Kütləvi- xəstələnməyə görə

8 Dekabr 2023 04:00 Voleybol 750
Azərbaycan çempionatının oyunu təxirə salındı – Kütləvi- xəstələnməyə görə

Kişi voleybolçular arasında Azərbaycan çempionatının “Xarı Bülbül" (Laçın) - “Neftçi” oyunu təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb bəzi oyunçuların səhhətində problem yaranmasıdır.

“Neftçi”dən AVF-yə rəsmi müraciət ünvanlanıb və komandanın 6 oyunçusunda (Emin Abdullayev, Milad Salehi, Abdollah Azmun, Mohammad Norouzi, Mohammad Abolhasanı, Mohsen Vazehi) yüksək hərarətin (diaqnoz - Kəskin Respirator Xəstəlik) müşahidə edildiyi bildirilib.

Qurum yaranmış vəziyyəti nəzərə alaraq, qarşılaşmanın təxirə salınmasına qərar verib. Matçın nə zaman baş tutacağı hələ ki bəlli deyil.

Xəbər Lenti