Ölümdən dönən millimizin oyunçusu xəstəxanadan evə buraxıldı

8 Dekabr 2023 03:20 Voleybol 797
Ölümdən dönən millimizin oyunçusu xəstəxanadan evə buraxıldı

Dekabrın 1-də səhhətində ciddi problem yaranan kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Tural Həsənli daxili qanaxma və bağırsaq partlaması diaqnozu ilə əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, o, artıq xəstəxanadan evə buraxılıb.

Özünü daha yaxşı hiss edən voleybolçu müalicəsinə ev şəraitində və həkim nəzarətində davam edəcək.

Tural Həsənlinin “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.

Həsənli kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya yerləşdirilib. Daxili qanaxması olan voleybolçunun bağırsağından ağır əməliyyat keçirdiyi vurğulanıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu