Klub prezidenti qızıl saata görə qarətçilərlə əlbəyaxa oldu

14 İyul 2020 13:40 İtaliya 464
Klub prezidenti qızıl saata görə qarətçilərlə əlbəyaxa oldu

“Breşiya”nın prezidenti Massimo Çellino insidentlə üzləşib.

Sportinfo.az xəbər veri ki, 63 yaşlı Çellino qarətçilərin hücumuna məruz qalıb.

Hadisə Belçikada baş verib. Massimo bir müddət əvvəl Belçikanın Padenqa şəhərində ev alıb. O, evinin yaxınlığındakı mağazadan çıxarkən qarətçilərin hücumuna məruz qalıb.

Qarətçilər ondan qızıl saatı tələb ediblər. Klub prezidenti müqavimət göstərib və onlarla əlbəyaxa olub.

Çarpışma zamanı onun sifəti avtomobilinin açıq qalan qapısına dəyib. Amma yüngül xəsarət alan klub prezidenti qiymətli əşyalarını qorumağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti