PSJ ilə yolları ayırmağa hazırlaşan Kavaniyə təklif var

28 İyun 2020 12:20 İtaliya 751
PSJ ilə yolları ayırmağa hazırlaşan Kavaniyə təklif var

PSJ ilə yolları ayırmağa hazırlaşan Edinson Kavani “Roma”dan təklif alıb.

Sportinfo.az xəbər verir ki, bu haqda İtaliya mətbuatı məlumat yayıb.

Paytaxt təmsilçisinin uruqvaylı futbolçunu azad agent kimi heyətinə qatmaq istədiyi bildirilib.

33 yaşlı hücumçunun hazırkı klubu PSJ ilə müqaviləsi bu ayın sonu başa çatır. “Roma”nın Kavanidən başqa, “Çelsi”dən ayrılacaq Pedro ilə də azad agent kimi müqavilə bağlamaq niyyətində olduğu iddia edilir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!